Donetskdə partlayışlar: İşğal olunmuş şəhər raketlərlə hücuma məruz qalıb
Bu gün, 15:44
İyunun 30-u axşam saatlarında müvəqqəti işğal altında olan Donetsk şəhərində güclü partlayışlar baş verib.
32gun.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hadisəni rusiyalı hərbi bloqçular və Telegram kanalları da təsdiqləyib.
TASS agentliyi isə ilkin olaraq hava hücumundan müdafiə sisteminin işə düşdüyünü iddia edib.
Həmçinin “Sokol” bazarının ticarət sıralarında yanğın qeydə alınıb.
İlkin məlumatlara görə, zərbələr “Storm Shadow” və ya “Neptun” raketləri ilə Donetsk dəmir yolu vağzalı və metallurgiya zavodunun istehsalat sexlərinə endirilib.