Həştərxan hava limanında uçuşa müvəqqəti qadağa qoyulub

Bu gün, 16:14           
Həştərxan hava limanında uçuşa müvəqqəti qadağa qoyulub
Rusiya Aviasiya Agentliyi Astraxan hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib.

32gun.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib. Məhdudiyyətlərin səbəbləri və müddəti hələ açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Volqoqrad, Penza, Saransk, Saratov və Elista aeroportlarında da üç saatdan çox müddətə uçuşlara məhdudiyyət qoyulmuşdu.

Moskvanın Vnukovo hava limanında da təhlükəsizlik səbəbindən müvəqqəti uçuş qadağası tətbiq edilmiş, təxminən 80 dəqiqə sonra fəaliyyət bərpa olunmuşdu.

26 iyun tarixində isə Kazan, Nijny Novqorod və Ulyanovsk aeroportlarında 12 saatdan çox davam edən məhdudiyyətlərin ləğv edildiyi bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.