Bakının mərkəzində binanın tavanı çöküb. Pəncərəsindən qapısına, tavanından döşəməsinə qədər təhlükəli vəziyyət yaranan binanın sakinləri çarəsiz durumdadırlar.
TEREF "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, binanın 2-ci mərtəbəsində illərdir ki, su boruları çürüyüb, nəticədə mütəmadi olaraq sızmalar baş verir.
Sakinlərin sözlərinə görə, binada əvvəldən problem olub. Lakin son günlərdə vəziyyət daha təhlükəli hal alıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin tikili tarixi binadır və 1906-cı ildə istifadəyə verilib. Hazırda qəzalı vəziyyətdədir. Bina tarixi əhəmiyyət daşıdığına görə də xüsusi layihə əsasında təmir edilməlidir.
Təmir-bərpa işlərinin aparılması üçün də bütün aidiyyəti qurumlara müraciət olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: