Tramp Putin və Zelenski ilə görüş hazırlıqlarına başlayıb
Bu gün, 10:46
ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş üçün hazırlıqlara başladığını bildirib.
Bu barədə ABŞ lideri "Truth Social" şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə təyin olunacaq yerdə Putin və Zelenski arasında danışıqlar baş tutacaq, daha sonra isə ABŞ prezidentinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
ABŞ prezidenti vurğulayıb ki, vitse-prezident Cey Di Vens, Dövlət Katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff prosessdə Rusiya və Ukrayna ilə əlaqələndirməni həyata keçirirlər.
Tramp Ağ Evdə Ukrayna və Avropa liderləri ilə danışıqlara da toxunub. O bildirib ki, görüşün əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub və bu zəmanətlər Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyalı şəkildə təqdim ediləcək.
"Bu, dörd il davam edən münaqişə üçün çox yaxşı bir ilkin addımdır", - deyə Tramp qeyd edib.