KİV: Putin Trampla söhbətində Zelenski ilə görüşməyə hazır olduğunu bildirib
Bu gün, 11:07
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
Bu barədə AFP məlumat yayıb.
Rusiya liderinin mövqeyinə nə Kremldən, nə də Ağ Evdən rəsmi şərh verilib.
Xatırladaq ki, bu gecə Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların aparılmasını dəstəkləyiblər.