Bakıda ''xərçəngsən'' deyilən qadının ödündən naməlum canlı çıxdı - VİDEO

24-11-2016, 22:31           

Bakıda xərçəng diaqnozu qoyulan xəstənin daxili orqanından naməlum canlı çıxıb.

teref.az criminal.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problemləri olan xəstə paytaxtda yerləşən xəstəxanalardan birində həkimə müraciət edib.

Daxili orqanı müayinə edilən xəstənin öd kisəsində xərçəng xəstəliyi diqanozu qoyulub.

Həmin xəstə bir müddət sonra yenidən müayinə olunmaq üçün başqa bir klinikaya müraciət edir. Klinikanın həkim-cərrahı Edqard Nurməmmədov xəstəni təkrar müayinəyə göndərir. Bu zaman xəstənin öd kisəsində xərçəng deyil, hərəkətli canlının olması aşkarlanır.

Təcili cərrahi əməliyyata götürülən xəstənin öd yolundan nadir rast gəlinən FASCIOLA HEPATICA qurdu çıxır. Həkimlərin də təəccübünə səbəb olan qurd öd kanalından xaric edilib.
[media=https://www.youtube.com/watch?v=wxw7FycgpII]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.