Bakıda ərzaqlar kəskin bahalaşdı — QİYMƏTLƏR

25-11-2016, 01:18           

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır. teref.az baku.ws-ə istinadən xəbər verir ki, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur. Müşahidələrimiz zamanı gördük ki, əksər marketlərdə yağların və kolbasa məhsullarının qiymətində artım var. Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 AZN arasında bahalaşıb. Bahalaşan məhsullar arasında mal əti də var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır. Dolların uzun müddətdir manat qarşısında bahalaşması dolayı yolla ərzaq məhsullarının qiymətinə də təsir göstərir. ABŞ milli valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozlarını nəzərə alaraq güman etmək olar ki, növbəti aylarda da ərzaq məhsullarının qiymətində bahalaşma davam edəcək.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru