Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü

26-11-2016, 00:04           

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

teref.az-nun Report-a istinadən xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru