Bakıda “zek”lərin davası düşdü – Ölən var

26-11-2016, 23:43           
Bakıda “zek”lərin davası düşdü – Ölən var
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı Yuri Batanovun baş nahiyəsində xəsarətlər aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Məlumata görə, hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Sonra onların arasında mübahisə yaranıb və davaya çevrilib. Dava zamanı Natiq Abbasov Yuri Batanovun başından vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb.(Teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru