Azərbaycan FHN-nin təyyarəsi İsrailin 8 məntəqəsində yanğını söndürüb

27-11-2016, 12:02           

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb. Bu barədə FHN-nin rəsmi saytı məlumat yayıb.

"Xəbər verildiyi kimi, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru