Azərbaycanda 1-ci sinif şagirdi dərsdə öldü

29-11-2016, 01:32           

Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.

teref.az Report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.

Məktəbə çağırılan təcili yardım həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru