Məhkəmədən Qarabağ əlilinə qarşı QƏRAR - Hakim əlilə "get, özünü yandır" deyir...
29-11-2016, 11:34
Azərbaycanda əlillərin tam hüquqsuz durumda olmasını,onların addımbaşı dələduzluqla üzləşməsini növbəti məhkəmə dələduzluğu ortaya qoyub.28 noyabr 2016-cı ildə Suraxanı məhkəməsindən xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəni “Rəvan”ın iddiası ilə hazırlıq iclasına çağıran hakim Ramil Həsənov sifarişlə əlili 9500 manatlıq cərimələyib.Əlilin qarşılıqlı iddiasına,tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmadan.Hazırlıq iclası olmadan birbaşa qərar qəbul edilməsinin özü qanunsuzdur.Onu da deyək ki,şirkətə qarşı məhkəmənin isti münasibəti əlilin hakim Elçin Ağayevin icraatında bir ildir “yatan” iddiasının it-bata salınmasında da özünü göstərir.
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 7-ci maddəsində bütün şirkət,müəssisə,təşkilatların əlillərin həyatını və bədbəxt hadisələrdən sığortasını həyata keçirmələri təsbit olunsa da,”Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün Motors”da saxta defekt aktı tərtib edib,əlilin hesabına sığorta haqqı qazanır,Dövlət Kommersiya Sığorta Şirkəti əlilin qan pulunu yeyir.Məhkəmələr isə əlilin haqqını rüşvətə qurban verir.Maraqlıdır ki,əlilin hadisəyə,qəzaya uğrayan maşına da heç bir aidliyi yoxdur.”Əlil” maşınının ölmüş yiyəsinə qarşı qaldırılan tələb hamısı Xaliq Abbaszadəyə yönəlib.”Rəvan” əlili əlavə xəstəliyə düçar etsə də,buna hüquq qiyməti verilmir.Onu da deyək ki,iş Sabunçu məhkəməsindən (hakim İmran Burcayev) bir il sonra gizlin şəkildə,qərardadsız “aidiyyatı” üzrə Suraxanıya göndərilib ki,əsas cavabdehin sonradan şəhid olması məlum olub və varislərinin axtarışı nəticə verməyib(??).Fikir verin,sığorta şirkəti,məhkəmələr şəhiddən,Qarabağ əlilindən saxta defekt aktı ilə qanpulu tələb edir və buna nail də olur!Aktın saxtalığını Vergilər Nazirliyi 08.02.2016 tarixli qərarla rəsmiləşdirib və “Nurgün”ü və “Rəvan”ı cərimələyib.Bu barədə əlilə göndərilən məktub da məhkəməyə təqdim edilsə də,baxılmayıb.Bircə intihardan başqa yolunun qalmamasını deyən əlilə hakimin “get,özünü yandır” təklifi də günün əsas “şüarı”dır.Sonra da əlilləri qınayırlar ki,niyə mitinq fikrinə düşürlər?Bəs neyləsinlər?Deputatı deyir “özünü öldür”,məhkəməsi deyir “özünü yandır”,icra başçısı deyir “yandır”,görək Prezident nə deyir?
ƏLİLLƏRİN MÜDAFİƏ KOMİTƏSİ