"Koroğlu" stansiyasında baş vermiş intihar hadisəsi barədə — Metropolitendən AÇIQLAMA

30-11-2016, 10:58           

Bakı metropoliteninin "Koroğlu" stansiyasında intihara cəhd hadisəsi baş verib.

Metroya daxil olan vətəndaş özünü qatarın altına atıb.

Baş verən hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Ölkə.Az-a bunları bildirib:

"Həmin şəxsin kimliyini araşdırırq. Hadisə "Koroğlu" stansiyasında saat 09:15-də olub. Kimliyi bilinməyən şəxs özünü "Həzi Aslanov" stansiyası istiqamətinə gedən qatarın altına atıb.

Özünü qatarın altına atan şəxs 55-60 yaşlarında bir kişidir. Hadisə qəfil baş verdiyindən maşinist qatarı tam saxlaya bilməyib. Özünü qatarın altına atan şəxs xoşbəxtlikdən ölməyib. Hadisəyə görə xətdə müvəqqəti gecikmə yaranıb. Qatar orada saxlanılıb, ona görə də, metroda gecikmə var. Polislər vətəndaşın kimliyini araşdırır".

Qeyd edək ki, intihara cəhd edən şəxs xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru