3 həkimlə məhkəməyə gətirilən Akif Çovdarovun vəkillərinə xəbərdarlıq edildi

30-11-2016, 14:22           
3 həkimlə məhkəməyə gətirilən Akif Çovdarovun vəkillərinə xəbərdarlıq edildi
Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, noyabrın 30-da Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilir.

Məhkəmə prosesinə hakim Həbib Həsənov sədrlik edir. Saat 11:00-a təyin edilimiş iclasda təqsirləndirilən 4 nəfərin vəkillərindən sadəcə biri proseadə iştirak edib. Hakim H.Həsənov prosesə vaxtında qatılmayan vəkillər barədə Vəkillər Kollegiyasına məktub göndəriləcəyini qeyd edib.

Hakim vəkillərin gəlməsi üçün fasilə elan edib. Məhkəmə, nəhayət ki, 12:10-da başlayıb.

Bu gün davam edən prosesdə Akif Çovdarovdan zərərçəkmiş əntiq malların satışının həyata keçirildiyi "Moda" mağazasının sahibi olmuş Vəzirov Əbil Rəşidoviçin epizodu üzrə araşdırma aparılır.

Qeyd edək ki, Ə.Vəzirov 2015-ci ildə dünyasını dəyişib, Akif Çovdarov həbs ediləndən sonra onun arvadı Şura Vəzirova istintaqa müraciət edərək ərinin Çovdarov və adamları tərəfindən hədələndiyini, onun külli miqdarda vəsaitinin ələ keçirildiyini deyib.

Hazırda bu epizod üzrə şahidlər dindirilir.

Noyabrın 25-dən aclıq aksiyası keçirən Çovdarov məhkəməyə 3 həkimin nəzarətində gətirilib. Ötən proseslərdə olduğu kimi Çovdarov bu dəfə də oksigen balonu ilə məhkəmə zalında oturub.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.