Məlumat sızdıran məmurlar dərhal qovulacaq – Baş nazirdən sərt qərar

5-12-2016, 01:04           
Məlumat sızdıran məmurlar dərhal qovulacaq – Baş nazirdən sərt qərar
Britaniya baş naziri Tereza Mey məxfi məlumatları sızdıran nazirlərin və digər məmurların dərhal işdən azad olunması barədə göstəriş verib.

Xanım Mey bildirib ki, bu məlumat ölkənin milli təhlükəsizliyini təhlükə altına atmasa belə, həmin şəxslərə qarşı məlum cəza tədbiri görüləcək.


«Daily Mail»in məlumatına görə, baş nazir yeni təlimatını yazılı şəkildə Nazirlər Kabinetinə göndərib.

Nazirlər Kabinetindən bildiriblər ki, Tereza Mey sözügedən məmurlarla bağlı təcili tədbirlər görməyi və nəticə barədə onu məlumatlandırmağı tapşırıb.

Britaniya hökumətini təşvişə salan son vaxtlar «Brexit»lə (Britaniyanın Avropa Birliyindən çıxması) bağlı bəzi məxfi məlumatların hansısa yollarla ictimailəşməsidir.

Məlumatda o da bildirilir ki, nazirlər başda olmaqla bütün məmurlar hökumətin təqdim etdiyi mobil telefonlardan istifadə etməli olacaqlar. Bu, təhlükəsizlik orqanlarının istədiyi vaxt yoxlama apara bilməsi üçündür.

Məsələ ilə bağlı Britaniya əks-kəşfiyyatı – MI5 məşğul olacaq. Onlar şübhəlilərdən mobil telefonuna, kompüterinə çıxış tələb edə, onları sorğu-suala çəkə biləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.