Tanınmış təşkilatçının döyülməsiylə bağlı — DİN-dən AÇIQLAMA

5-12-2016, 11:10           

Tanınmış təşkilatçı Samir Xəttabın (Vəliyevin) döyülməsiylə bağlı xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib.

E.Zahidov Ölkə.Az-a açıqlamasında bildirib ki, əgər Vəliyev həqiqətən də "102" xidmətinə zəng edibsə, məsələ araşdırılacaq:

"Ora daxil olan bütün şikayətlər operativ formada araşdırılır və müvafiq tədbir görülür".

Xatırladaq ki, təşkilatçı sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, ötən gecə saat 23:00 radələrində polis tərəfindən döyülüb. Onun iddiasına görə, Nizami rayonu 23-cü polis bölməsinin əməliyyat müvəkkili Quliyev Fərman Məhərrəm oğlu işlə bağlı Samir Xəttaba 5200 AZN məbləğində borclu olub. "Borcla bağlı 3 gündür ki, sabah deyə-deyə borcu qaytarmır. Dünən gecə saatlarında onunla Yasamal rayonu “Qələbə” dairəsində görüşə bildik. Fərman Quliyev görüşə Nərimanov rayon Polis İdarəsinin əməkdaşı “Maqa” deyə, çağırdığı bir şəxslə gəlmişdi. Fərman söhbət zamanı məni təhqir etdi. Onlar mənə qarşı zor tətbiq edərək, barmağımı sındırdılar. Başımdan, bədənimdən ağır zərbələr vurdular. Özümü Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırdım. Həkimlər ilkin tibbi yardım etdilər və evə göndərdilər. Hazırda evdə ağır vəziyyətdəyəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru