“İnterAz”-ın yayımı dayandırıldı- “AZƏRKOSMOS” ASC-DƏN AÇIQLAMA

6-12-2016, 01:24           

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımının dayandırılması məsələsinin aydınlıq gətirib.
“Azərkosmos” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, “İnterAz”-ın “Azerspace-1” peyki ilə yayımı dayandırılıb:
“Bunun hər hansı səbəbi yoxdur. Sadəcə olaraq, “İnterAz”-ın peyk yayımı dayandırılıb”.
“Azərkosmos” ASC-dən “İnterAz”-ın peyk yayımının nə zaman bərpa olunacağı ilə bağlı heç bir məlumat verilməyib:
“Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, bu ilin oktyabrından bəri İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımı dayanıb. Yayılan məlumata görə, “İnterAz” TV-nin “Azərkosmos” ASC-yə 75 min dollar borcu yaranıb.
Şirkət isə həmin vaxtı bu məlumatı təkzib edərək, yayımın dayanmasının sırf texniki problemlə bağlı olduğunu və yaxın günlərdə fəaliyyətinin bərpa olunacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru