"Nigar" Klinikası ətrafında qalmaqal davam edir - FOTOLAR

6-12-2016, 19:44           
"Nigar" Klinikası ətrafında qalmaqal davam edir - FOTOLAR
Azinforum.az-ın əldə etdiyi məlumata görə, dekabrın 5-i axşam saatlarında Bakının Çobanzadə küçəsində yerləşən “Nigar” klinikasına hücum olub. Aldığmız məlumata görə bir nəfər xanım əlində olan dəmir parçası ilə klinkanın giriş qapısının şüşəsini sındıraraq binaya girib.
Yuxarı mərtəbələrə qalmağa cəhd edən qadını polslərin müdaxiləsindən sonra saxlanılaraq Nizami rayon Polis İdarəsinə aparılıb, izahatı alındıqdan sonra, sərbəst buraxılıb. Həmin hərəkəti edən xanımın hadisə yerinə bahalı avtomobillə gəldiyi bildirilir. Faktla bağlı zəruri istintaq hərəkətlərinin aparıldığı səbəbindən, hələlik klinikanın şüşələrini sındıran xanımın adını tam açıqlamırıq. Yəqin ki, yaxın saatlarda hadisə ilə bağlı rəsmi məlumat veriləcək.
Azinforum.az bildirir ki, “Nigar” klinikası ilə bağlı hazırda təsisçilər arasında yaranan mübahisə məhkəmədə araşdırıldığı səbəbindən tibb müəssisəsi fəaliyyətini dayandırıb və binaya heç kim buraxılmır. Mülkün kimə aid olduğuna dair məhkəmə qərarı verilənə qədər klinikanın mühafizəsi polis əməkdaşlarına tapşırılıb.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.