Hüquqşünas Aslan İsmayılov Lent.az-ı məhkəməyə verib –50 min pul istəyir

7-01-2017, 01:26           

Hüquqşünas Aslan İsmayılov Lent.az İnformasiya agentliyini məhkəməyə verib.

A.İsmayılov “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin qəzetdə yazdığı və adıçəkilən saytda yayımlanan “Biz hamımız kimlərinsə dostuyuq” sərlövhəli məqaləsində şərəf və ləyaqətinin alçaldılması, eləcə də işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə Xətai rayon Məhkəməsinə müraciət edib.

Vəkil tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.

Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-də saat 17:00-a təyin olunub.

Qeyd edək ki, məlum yazı dərc edildikdən sonra Aslan İsmayılov Lent.az-a öz mövqeyinin dərc edilməsi ilə bağlı hər hansı müraciət etməyib.

Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru