“Yanlışlıq var, Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

9-01-2017, 14:15           
“Yanlışlıq var, Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı
“ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq var. Bu barədə Baş Prokurorluğa məlumat vermişik”.

Dia.az Modern.az-a açıqlamasında fəaliyyəti dayandırılan ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı məsələdən danışarkən deyib.

O, bildirib ki, bu barədə başqa nəsə deyə bilməz:

“Yaxşı olar ki, Baş Prokurorluqla əlaqə saxlayın. Bu barədə məlumatı onlardan öyrənin. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.

Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, ANS TV-də çalışan jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.