Bakıdakı banklara getdik, dollar tapa bilmədik

10-01-2017, 19:51           
Bakıdakı banklara getdik, dollar tapa bilmədik
Xeyli vaxtdır Azərbaycandakı banklar müxtəlif bəhanələrlə dollar qıtlığı yaradıblar.

Bu gün hər hansı səbədən dollara ehtiyac duyan vətəndaş bu xarici valyutanı tapa bilmir. Daha doğrusu, banklar dollar satmaq istəmir..

Modern.az saytının əməkdaşı bunun bir daha əyani şahid olub.

Əməkdaşımız metronun “Gənclik” stansiyası ətrafında yerləşən “Beynəlxalq Bank”, “Turanbank”, “NBC bank” və “Ata Bank”ın filiallarında olub.

Müşahidə aparığımız bu baklardakı tablolarda satış məbləği yazılsa da, müştərilərə xarici valyuta satılmırdı. Banklarda olduğumuz zaman çox qısa fasilələrlə valyuta almaq istəyənlərin bu filiallara baş çəkdiklərinə şahidlik etdik.

Bankların adları çəkilən filiallarına daxil olan şəxslər dolların satılmadığı cavabını alandan sonra gileylənə-gileylənə “yəqin ki, o biri banklarda olar” deyib yollarına davam edirdilər.
Bank işçiləri yaranmış vəziyyətin səbəbini Modern.az-ın əməkdaşına izah edə bilməyərık, bunun nə vaxt düzələcəyini dəqiq bilmədiklərini deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru