Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü

11-01-2017, 00:16           
Bakıda polkovnikin müəllim xanımı faciəvi şəkildə öldü
Dünən axşam saatlarında Bakıda "BakuBus”ın avtobusu ilə "Nissan Qasqai”ın toqquşması nəticəsində minik avtomobilinin qadın sürücüsü ölüb.

Ölən 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin 'İnformatika' kafedrasının müəllimi Sevda İsmayılova qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

S.İsmayılova Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika” kafedrasının müəllimi idi.

S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir, polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin 'Xəzri' istirahət Mərkəzinin baş mühasibidir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru