Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Məhərrəmov) həyat yoldaşı Sarıtel xanım vəfat edib.

13-01-2017, 19:33           
Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Məhərrəmov) həyat yoldaşı Sarıtel xanım vəfat edib.
Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Məhərrəmov) həyat yoldaşı Sarıtel xanım vəfat edib.

Bu barədə QAZİLER.AZ saytına Milli Qəhrəmanın ailəsindən məlumat daxil olub.

Qeyd edək ki, Fred Asiflə Sarıtel xanımın izdivacından Azər adlı bir övladları var.

Yas mərasimi Köhnə Günəşlidə, İnqilab İsmayılov küçəsindəki 5-ci binanın həyətindədir. “Bizim marketin” yaxınlığında. Hazırda həmin ünvanında mərasim çadırı qurulub - Bu gün, sabah və birigün yas məclisi davam edəcək. Mərhumun 3-7-si mərasimi yanvarın 15-də keçiriləcək.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birliklərinin və QAZİLER.AZ saytının rəhbərliyi Sarıtel xanımın vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir!
teref.az saytının kollektivi və Nurəddin Xoca mərhumun ailəsinə baş sağlığı veiri!!
Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru