Kamil Zeynallı `qara siyahı`ya salınacaq? - AZAL-dan açıqlama

17-01-2017, 12:33           
Kamil Zeynallı `qara siyahı`ya salınacaq? - AZAL-dan açıqlama
ATV telekanalında yayımlanan “Kişi klubu”nun aparıcısı, tanınmış idman ustası Kamil Zeynallının “Azərbaycan Hava Yolları” QSC-ə məxsus təyyarədə qeyri-etik hərəkətləri, kağız torbaları üfürərək doldurub partlatması sosial şəbəkədə geniş müzakirə olundu. Hətta buna görə onu AZAL-ın qara siyahısına salınacağı da qeyd edilirdi.

“Azərbaycan hava Yolları” QSC-dən Azvision.az-a verilən məlumata görə, bu hərəkətinə görə Kamil Zeynallı qara siyahıya salınmayacaq.

“Sərnişinin davranışı başqa sərnişinlərin rahatlığına və uçuş təhlükəsizliyinə bilavasitə təsir edə biləcək kimi qiymətləndirilərsə, onun adı arzuolunmaz sərnişinlər siyahısına əlavə oluna bilər.Hələlik heç bir rəsmi müraciət olmadığından Kamil Zeynallıya heç bir xəbərdarlıq da olunmayıb”.

Qurumdan bildirilib ki, uçuş zamanı təhlükəsizlik qaydalarını pozan sərnişinlər müvafiq milli qanunvericilik və beynalxalq qaydalar əsasında məsuliyyətə cəlb oluna bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru