Dərslərin may ayında bitəcəyi xəbərinə RƏSMİ AÇIQLAMA

13-04-2017, 20:40           

Məktəblərdə tədris ilinin müddətinin bu il may ayına qədər olacağı ilə bağlı xəbərlər yayılıb.
Redaksiyaya müraciət edən valideynlər tədris müddətinin hansı vaxta qədər olacağı ilə bağlı suallar ünvanlayıb. Məsələ ilə bağlı əməkdaşımız Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovla əlaqə saxlayıb.
Nazirlik rəsmisi bildirib ki, yayılan məlumatlar tam əsassızdır. C.Valehovun sözlərinə görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. (baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru