İmişlidə 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb

15-05-2017, 21:59           
İmişlidə 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb
İmişli rayonunda qədim yaşayış məskəni aşkar edilib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Qızılkənd kənd sakini Məmmədağa Rüstəmov tərəfindən gümüş sikkələrin tapılmasından sonra əraziyə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunub. Bir neçə gündür aparılan arxeoloji qazıntılar zamanı ərazidə qədim yaşayış məskəni aşkarlanıb. Burada müxtəlif əşyalar, insan skletinin tapılması tarixi abidənin Makedoniyalı İsgəndərin dövrünə aid olmasından xəbər verir. İnsan skletinin yanında saxsı qablar, heyvan sümükləri də tapılıb.
Bundan başqa, həmin ərazidə gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr və digər əşyalar aşkarlanıb. Mütəxəssislərin Zilitəpə adlandırdıqları yaşayış məskəninin tarixi 2500 ilə gedib çıxdığı, həmin təpənin bundan əvvəl aşkar edilmiş Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi qədim yaşayış məsknləri ilə əlaqəsi olduğu bildirilir.
Qeyd edək, ki, mütəxəssislərin Zilitəpə adlandırdığı yaşayış məskəni 4 hektar ərazini əhatə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.