Bakıda sürət yarışına çıxan avtomobil qəzaya uğrayıb, 2 nəfər yaralanıb - FOTO

16-05-2017, 08:25           
Bakıda sürət yarışına çıxan avtomobil qəzaya uğrayıb, 2 nəfər yaralanıb - FOTO
Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5" markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.
Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.
Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru