ABŞ-ın Alyaska ştatında 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aleut adalarında, Atka yaşayış məntəqəsindən 52 km cənub-şərqdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.