Polis müstəntiqi Azərbaycandan qaçdı – RƏSMİ AÇIQLAMA

16-05-2017, 08:48           

Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib.

teref.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Lent.az-a açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Qarayev üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırılıb: “Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”.

E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.

Qeyd edək ki, E.Qarayevlə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb. Bildirilib ki, müstəntiq xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollanıb və bu ölkədən siyasi sığınacaq istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru