Musavat.com Şirvanda yaşayan sakinlərdən həyacanlı xəbər alıb. Orada iddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. "Ölənlər, yaralananlar var", deyə yazır mənbələrimiz. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənlərdən birinin qadın olduğu bildirilir.