Barıt zavodunda partlayış - xəsarət alanlar var

17-05-2017, 23:41           

Polşada barıt zavodunda baş vermiş partlayış nəticəsində 17 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən xəbər verib.

"Partlayış nəticəsində 17 nəfər yaralanıb, onlardan 15-i həkimlərə müraciət edib, 4 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən biri artıq tibb müəssisəsindən buraxılıb" – deyə xilasedicilərin nümayəndəsi bildirib.

O, əlavə edib ki, iki nəfər tamamilə dağıdılmış binanın altında qalıb. Məhz bu insanlar partlayışın baş verdiyi sexdə olub.

"Biz onları həlak olmuş saymırıq və axtarışlar aparırıq" – deyə xilasedici bildirib. O, qeyd edib ki, müəssisə qara barıt istehsalı ilə məşğul olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru