Dünyanın ən bədbəxt iti

18-05-2017, 08:26           
Dünyanın ən bədbəxt iti
Lana adlı it 2015-ci ildə “dünyanın ən qəmgin iti” olaraq sosial mediada yayılmış və bir ailəyə sahibləndirilmişdi.

Bunun kanadalı Lananın xoşbəxt sonluğu olacağı düşünülsə də, həmin ailə də şirin iti Ontariodaki sığınacağa geri qaytardı. İndi ona bir ailə tapılmasa, sevimli Lana yatızdırılacaq. Şirin it o qədər kədərli idi ki, gəzintiyə belə çıxmırdı. Sığınacaq işçiləri bildiriblər ki, Lana tipik bir it deyil. İnsanlar sevib, oynaya biləcəkləri bir it axtarırdılar, amma Lana özünü sevdirməyə meylli deyil.

Bundan başqa, onun güvən problemi də var. Sığınacaq işçiləri deyirlər ki, Lana onu ailəsinə qəbul edəcək insanların onu olduğu kimi sevməsini istəyirlər. İndi bu itin 20 maya qədər vaxtı var. Həmin günə qədər kimsə ona sahib çıxsa, it bir evdə böyüyəcək. Alınmasa Lana bu həyata gözlərini yumacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru