Əfqanıstanda televiziyaya hücum –4-ü jurnalist olmaqla 6 nəfər öldü, 18-i yaralandı

18-05-2017, 09:09           

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.

Hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru