Azərbaycanın tanınmış hüquq müdafiəçisinə cinayət işi açıldı - FOTOLAR
19-05-2017, 23:15
Tanınmış hüquq müdafiəçisinə qarşı cinayət işi açılıb.
Bu barədə məlumat Cebhe.info-ya etibarlı mənbələrdən daxil olub.
Məlumata görə, aprelin 16-da "Uşaq Evlərinə Qayğı" İctimai Birliyinin rəhbəri Sahib Teymurov Şəki şəhəri Qarışıq Tipli Uşaq Evinin azyaşlı uşaqlarını Pasxa bayramı ilə əlaqədar alban kilsəsinə, Şəki Xan Sarayına və Marxal Əyləncə Mərkəzinə aparıb.
Məlumat verən mənbə bildirir ki, Şəki Rayon Polis İdarəsində və Prokurorluqda hüquq müdafiəçisinə qarşı yetkinlik yaşına çatmayanları qeyri-qanuni şəkildə dini ayinlərə cəlb etmək ittihamı ilə cinayət işi açılıb. Mənbə cinayət işinin tam olaraq hansı maddə üzrə açıldığı barədə məlumat verməyib.
Cebhe.info məsələ ilə bağlı QHT sədri Sahib Teymurovla əlaqə yaratmağa çalışsa da, cəhdimiz hələik baş tutmayıb. "Uşaq Evlərinə Qayğı" İctimai Birliyinin ofisindən də bu barədə məlumat verilməyib.
Qeyd edək ki, Sahib Teymurov xristian dinini qəbul etmiş hüquq müdafiəçisidir.