BAKIDA QANLI OLAY - 26 yaşlı oölan güllələndi VİDEO/ YENİLNİB
20-05-2017, 09:31
Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb.
Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna “Kalaşnikov” avtomatından atəş açılıb. Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.
Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.
Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.
"Report" xəbər verir ki, Elnur Dadaşov "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Belə ki, o, avtomobilini saxlayarkən E. Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.
[media=https://www.youtube.com/watch?v=s6-F8OZwy2s]