Ürəkdən güldüyü üçün boynu sındı
3-06-2017, 08:42
Böyük Britaniya sakini Monik Ceffri güldüyü zaman boyun fəqərəsini zədələyib.
Maraqlıdır ki, gənc qadın beş il əvvəl asqırdığı zaman analoji travma almışdı. Qadın danışıb ki, işdə onun boynu ağrıyırmış. Amma təxminən bir saat sonra o, kolleqalarından birinin zarafatına güləndə bir hissəsini iflic vurduğunun fərqinə varıb. Xəstəxanada onu tomoqrafiyadan keçiriblər və məlum olub ki, bədəninin bir hissəsi iflic olub.
İlk insident 5 il bundan öncə, Cefri yataqda uzanan vaxt asqıranda baş verib. Başının sərt hərəkəti onun boyun fəqərəsində ciddi zədələnmə ilə nəticələnib. O, yerindən oyana bilməsə də, ərinə sms yollayıb ki, təcili yardım maşını çağırsın. Qadın 14 həftə boyunca boynunda xüsusi fiksatorla gəzib. Bu alət onun başını tərpətməsinə imkan vermirdi. Cefri isə bu durumla bağlı aşağıdakıları deyib: “Bundan sonra hər hansı gülüş və asqırmaq yoxdur və olmayacaq. Uzunmüddətli perspektivdə mən hər zaman ehtiyatlı olmalıyam”.
2013-cü ildə isə xəbər verilmişdi ki, yaşlı bir amerikalı asqıran vaxt əlindəki tüfənglə özünə atəş açıb.