Bakı aeroportunda ağlamalı və ya gülməli kuryoz olay: Başqasının pasportu ilə...

4-06-2017, 22:17           
Bakı aeroportunda ağlamalı və ya gülməli kuryoz olay: Başqasının pasportu ilə...
Heydər Əliyev Beynəlxalq Hava Limanında kuryoz hadisə baş verib.

Report xəbər verir ki, insident 16:40-da Bakı-Moskva reysi ilə (Biznes-klass) uçmalı olan sərnişinin başına gəlib.

Belə ki, o, reys qeydiyyatından keçmək üçün (check-in) AZAL aviaşirkətinin əməkdaşına yaxınlaşaraq pasport və biletini təqdim edib. Minmə talonu və pasportunu alan sərnişin uçuşöncəsi yoxlamadan keçmək üçün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına yaxınlaşıb. Oradan da keçən şəxs uçuş üçün gözləmə zalına gedib.

Burada əyləşərkən isə DSX əməkdaşları sərnişinə yaxınlaşaraq bir yanlışlıq olduğunu, AZAL əməkdaşının ona səhvən Məmməd Məcidli adlı şəxsin pasportunu verdiyi və bu halın onların diqqətindən yayındığını bildirərək üzr istəyiblər. Həmçinin, həmin şəxsin qeydiyyat şöbəsində gözlədiyini qeyd ediblər.

Sərnişin minmə talonunu alan zaman aviaşirkət işçisinin geri qaytardığı pasporta baxmadığını və M.Məmməd adlı şəxslə heç bir oxşarlığı olmadığı halda DSX-nın yoxlamasından asanlıqla və maneəsiz keçdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru