Terakt şahidləri restorana qayıtdılar - Hesaba görə

5-06-2017, 08:51           

Teraktın şahidi olan londonlular bu gün restorana qayıdaraq, hesabı ödəmək və ofisianta çaypulu vermək istədiklərini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə BuzzFeed məlumat yayıb.

Ötən gecə olayın baş verdiyi ərazidəki restoranda olanlardan biri – Riçard Encel deyib ki, terakt zamanı hamı qorxub və döşəməyə uzanmaq və ya qəza çıxışından qaçmaq istəyiblər. Polis isə bir dəqiqədən də az müddətdə hadisə yerinə gəlib.

Qeyd edək ki, ötən gün baş verən teraktlarda 7 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru