İranda terrorçu qrup məhv edildi

18-06-2017, 09:58           

İranın Hörmüzgan şəhərində 4 nəfərdən ibarət terrorçu qrup məhv edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumat verən Hörmüzgan əyalətinin polis rəisi Əzizullah Mələki bildirib ki, terrorçu qrup daxil olan məlumata əsasən izlənilib. Onlar şəhərdə terror aktları törətmək üçün plana malik olublar. Saxlanılan zaman polisə müqavimət göstərən qrup məhv edilib.
Onların üzərindən 4 avtomat və partladıcı maddə, həmçinin İŞİD terror qruplaşmasının bayrağı aşkar edilib. Terrorçulardan ikisi xarici ölkə vətəndaşıdır. Polis onların hansı ölkəyə mənsub olduqlarını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru