Bakıda bazarda satıcılar arasında QANLI DAVA

19-06-2017, 16:34           
Bakıda bazarda satıcılar arasında QANLI DAVA
Bakıda bazarda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Suraxanı rayonunda yerləşən bazarda satıcı kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Məlum olub ki, Ş.Məmmədovu bazarda satıcı kimi işləyən 29 yaşlı Elnur Hacıyev bıçaqlayıb və o saxlanılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru