Gürcüstan parlamenti Muxtarlı işi ilə bağlı razılığa gələ bilmir

20-06-2017, 09:45           
Gürcüstan parlamenti Muxtarlı işi ilə bağlı razılığa gələ bilmir
Gürcüstan parlamentinin üzvləri jurnalist Əfqan Muxtarlının işinə parlamentin cəlb edilməsi formatı ilə bağlı razılığa gələ bilmirlər. Müxalifət yüksək vəzifəli rəsmilərin məsuliyyətə cəlb edilməsi ilə birlikdə parlament istintaq komissiyasının yaradılmasını tələb edir.

Hüquqi məsələlər komitəsinin sədri Eka Beselia məsləhətləşmələrin aparılmasını zəruri hesab edir.

“Bu, konspirativ görüş olmayacaq, görüş nə açıq, nə də canlı olacaq, çünki biz bu toplantıdan çoxlu informasiya əldə etmək istəyirik, hansı ki, bəzi narahatlıqlar yarada bilər. Çünki bu iş iki ölkə arasındakı əlaqələrə təsir edir”, – Eka Beselia deyib.

“Azadlıq Hərəkatı – Avropa Gürcüstanı” parlament fraksiyasının sədri Qiqi Tsereteli deyib ki, partiya ilk gündən hüquq-mühafizə orqanları ilə görüş tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru