Məhkəmə icra başçısının qərarını ləğv etdi

20-06-2017, 19:20           
Məhkəmə icra başçısının qərarını ləğv etdi
Bakı Apellyasiya Məhkəməsində “Xidmət” fərdi müəssisəsinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən posesdə qərar elan olunub.
Qıərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, iddia qismən təmin olunub.
Qeyd edək ki, “Xidmət” fərdi müəssisəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən müəssisə iddiaçının hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələr və fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlərin qanunsuz sayılması və onların qadağan edilməsi və s. barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Xidmət” fərdi müəssisəsi apellyasiya şikayəti verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.