"Gənclik Mall"da işıqlar söndü, müştərilər təşvişə düşdü - AÇIQLAMA

20-06-2017, 19:35           
"Gənclik Mall"da işıqlar söndü, müştərilər təşvişə düşdü - AÇIQLAMA
Bu gün saat 16:00 radələrində "Gənclik Mall"da həyəcanlı anlar yaşanıb.

AZXEBER.COM-un məlumatına görə, ticarət mərkəzində işıq təchizatı kəsilib.

Bu da müştərilər arasında qorxuya və təşvişə səbəb olub.

Məsələylə bağlı AZXEBER.COM-a danışan "Gənclik Mall” ticarət mərkəzinin ictimayyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova deyib ki, problem artıq həll olunub: "Gənclik Mall"da 30 dəqiqə işıqlar olmayıb. Məsələylə bağlı aidiyyatı qurumlarla danışdıq və problem tamamilə həll olundu. Hazırda heç bir problem yoxdur və ticarət mərkəzi açıqdır".

Müştərilər həmin an çəkilən fotonu saytımıza təqdim edib.
"Gənclik Mall"da işıqlar söndü, müştərilər təşvişə düşdü














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru