Rusiyada Azərbaycandan olan iş adamı özünü öldürdü - FOTOLAR
10-07-2015, 15:47
Bu gün səhər saatlarında Rusiyanın Lipetsk şəhərində Azərbaycandan olan 44 yaşlı iş adamı özünü öldürüb.
Oxu.az LipetskMedia saytına istinadla xəbər verir ki, iş adamının adı Mixail olub və o, uzun illər Lipetskdə yaşayıb. Onun həyat yoldaşı və iki övladı olub.
Şahidlərdin sözlərinə görə, səhər iş adamı 6-cı mərtəbədə yaşasa da, 9-cu mərtəbəyə qalxıb. Blokun pəncərəsi 9-cu mərtəbədə açıq olduğuna görə, onun özünü məhz həmin pəncərədən atdığı ehtimal edilir.
İş adamının həyat yoldaşı müstəntiqlərə deyib ki, son zamanlar onun əri ünsiyyətcil olmayıb. Biznesdə böhrana görə problemlər yaranmışdı və o, çox narahat idi.
“Mən ona deyirdim ki, problemləri ürəyinə yaxın buraxmasın, bizim yaxşı ailəmiz, mənzil və maşınımız var. Lakin o, çox qaraqabaq olmuşdu”, - iş adamının həyat yoldaşı danışıb.
O həmçinin deyib ki, ərinin düşmənləri olmayıb, buna görə də yeganə versiya onun özünü öldürməsidir