Tovuzda güclü yağış evlərə ziyan vurub

21-06-2017, 08:21           

Tovuzda yağan güclü yağış bir sıra fəsadlar törədib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ən çox zərər rayonun Əlimərdanlı kəndində olub. Belə ki, iyunun 10-da yağan dolu zamanı dam örtükləri sıradan çıxan evlərə bu gün yağan yağış zamanı su dolub. Mənzilləri sel suları basdığından sakinlər çöldə gecələməli olublar. Rayonun Xatınlı, Qaraxanlı, Qədirli və Düz Cırdaxan kəndlərində də bəzi evlər yağış suları altında qalıb. Rayon icra hakimiyyəti aparatından vəziyyətdən xəbərdar olduqlarını, doludan zərər çəkən bütün evlərin qeydiyyata alındığı bildirilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru