Bakıda avtomobil piyadanı vurub. "Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, Buzovna qəsəbəsində 1941-ci il təvəllüdlü Şəmidova Fatma Bağır qızı yolun kənarı ilə hərəkət edən zaman onu yük avtomobil vurub. Nəticədə F.Şəmidova xəsarət alıb. Hadisəni törətmiş sürücü yaralını xəstəxanaya yerləşdirib. Sürücünün izahatı polis əməkdaşları tərəfindən alınıb. Fakt araşdırılır.