Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın ölüb, onun qızının vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

21-06-2017, 08:37           
Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın ölüb, onun qızının vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Lənkəran. 21 iyun. REPORT.AZ/ Lənkəranda evinə basqın etmiş cinayətkar tərəfindən bıçaqlanmış 63 yaşlı qadın dünyasını dəyişib.
"Report"un Cənub bürosu xəbər verir ki, həkimlər basqınçının bir neçə bıçaq zərbəsi endirdiyi 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızının həyatını xilas edə bilməyiblər.
Onun qızı - 1977-ci il təvəllüdlü İlahə Nəcəfovanın vəziyyəti isə ağırdır və hazırda onun cərrahi əməliyyatı davam edir.
Qeyd edək ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar Liman şəhərində, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib
Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. Faktla bağlı araşdırma aparılır.
***02:10
Lənkəranda naməlum şəxs evə basqın edib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar həmin ünvandakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yaralılardan biri 40, digəri 63 yaşındadır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.