BAKIDA GÜCLÜ PARTLAYIŞ: - Ər və arvadı ağır vəziyyətdə xəstəxanaya aparıldı

21-06-2017, 10:20           
BAKIDA GÜCLÜ PARTLAYIŞ: - Ər və arvadı ağır vəziyyətdə xəstəxanaya aparıldı
Bu gecə Bakıda 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Lent.az xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.