Məhkəmə 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində məcburi müalicə təyin edib

21-06-2017, 14:55           
Məhkəmə 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində məcburi müalicə təyin edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkənı H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib.

Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru