Hamilə qadın özünü maşının altına atdı

22-06-2017, 11:31           

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


teref.az-nun APA-ya istinadən xəbərinə görə, Mingəçevir şəhər sakini Eyvaz Abdullayev idarə etdiyi 10-BT-148 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məmmədova Günel Güloğlan qızını vurub.

Hadisə qadının yaşadığı evin qarşısındakı küçədə baş verib. Baldır və kürək nahiyəsindən xəsarətlər alan G. Məmmədova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub.

Xəstəxanadan bildirilib ki, qadın hamilədir və hadisə nəticəsində onun bətnindəki uşağın səhhətində problem yaranmayıb. Şəhər sakinlərinin sözlərinə görə, qadın əsəbi halda evdən qaçaraq küçəyə çıxıb və özünü qəsdən hərəkətdə olan avtomobilin qarşısına ataraq intihara cəhd edib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru